Avroliqada 1/4 finalçılar müəyyənləşdi

Avroliqada 1/4 finalçılar müəyyənləşdi
DÜNYA FUTBOLU 15 Mart 2019 / 02:35 15169
-  A +

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, bununla da 1/4 finala vəsiqə qazanan 8 komanda müəyyənləşib.

İlk oyunda Londonda Kiyev “Dinamo”suna 3:0 hesabı ilə qalib gələn “Çelsi” və eyni hesabla evdə “Zalsburq”u məğlub edən “Napoli”nin səfər matçında üstünlüyü əldən verməyib.

İlk oyunda səfərdə “Ayntraxt”la qolsuz heç-heçə edən “İnter” doğma meydanda 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

"Arsenal" "Renn"ə 3:0, "Vilyarreal" "Zenit"ə 2:1,"Benfika" "Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Günün ən maraqlı görüşü Çexiyada keçirilib. "Slaviya" "Sevilya"nı qəbul edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada bir qol buraxan Çexiya klubu sonra iki qol vuraraq hesabı 4:3 edib və mərhələ adlayıb.

Beləliklə, "Arsenal", "Benfika", "Ayntraxt", "Slaviya", "Vilyarreal", "Çelsi", "Napoli" və "Valensiya" 1/4 finala yüksəlib.

Avropa Liqası, 1/8 final mərhələsinin cavab oyunları

14 mart

00:00. "Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0
Qollar:
Obameyanq, 5, 72, Nayls, 15
İlk oyun - 1:3

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0
Qollar:
Yonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
İlk oyun - 0:1

00:00. "İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:1
Qol:
Joviç, 6
İlk oyun - 0:0

00:00. "Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya) - 4:3
Qollar:
Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47 (2:1),  El Haddadi,  54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102 (3:3), Traore, 120 (4:3)
İlk oyun - 2:2

00:00. "Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1
Qollar:
Moreno, 29 (1:0), Bakka,47 (2:0), İvanoviç, 90 (2:1)
İlk oyun - 3:1


21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) - 0:5
Qollar:
O.Jiru, 5, 33, M.Alonso, 45+1, O.Jiru, 59, Hudson-Odoy, 78
İlk oyun - 0:3

21:55. "Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1
Qol:
M.Süleymanov, 85 (1:0), Q.Quedes, 90+3 (1:1)
İlk oyun - 1:2

21:55. "Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1
Qollar:
A.Milik, 14 (0:1), M.Dabbur, 25 (1:1), F.Qulbrandsen, 65 (2:1), K.Leytgeb, 90+2 (3:1)
İlk oyun - 0:3


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı