"Sumqayıt" Almaniyadan məşqçi gətirdi

"Sumqayıt" Almaniyadan məşqçi gətirdi
ÖLKƏ FUTBOLU 13 Mart 2019 / 13:18 2937
-  A +

"Sumqayıt" Futbol Akademiyasının yeni direktoru müəyyənləşib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, bundan sonra akademiyaya türk əsilli Hakan Sünal rəhbərlik edəcək. Yaxın günlərdə Bakıya gələcək 38 yaşlı Hakan Sünalla rəsmi müqavilə imzalanacaq. Ancaq hələlik sözləşmənin müddəti dəqiq deyil.

Qeyd edək ki, H. Sünal buna qədər “Frankfurt” və “Ayntraxt” klublarının aşağı yaş qrupları üzrə komandalarında çalışıb.

Daha çox


Son xəbərlər