Ronaldo qolları sıraladı, xanımı göz yaşı tökdü - Şəkillər, Video

Ronaldo qolları sıraladı, xanımı göz yaşı tökdü - <b style="color:red">Şəkillər, Video</b>
VİDEO 13 Mart 2019 / 12:46 5692
-  A +

Çempionlar Liqasını 1/8 finalında dünən gecə keçirilən "Yuventus" - "Atletiko" matçını (3:0) izləyənlər arasında Turin klubunun futbolçusu Kriştiano Ronaldonun xanımı Corcina Rodriqes də olub.

Qol.az-ın məlumatına görə, o, portuqaliyalı hücumçunun sözügedən matçda vurduğu üçüncü qoldan sonra göz yaşlarını saxlaya bilməyib. Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb.

Corcino Ronaldo ilə bağlı matçdan sonra sosial şəbəkədə yazıb: "Sən buna layiq idin.  Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.

Qeyd edək ki,  Ronaldo və Corcina cütlüyünün 2018-ci ilin noyabrında qızı dünyaya gəlib.











Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
20.05.19  19:48

Keynin son durumu