Dabo "Qəbələ" ilə oyunu buraxacaq

Dabo "Qəbələ" ilə oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 12 Mart 2019 / 11:37 1619
-  A +

Topaz Premyer Liqanın 21-ci turunda "Qəbələ"ni qəbul edəcək "Neftçi" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, 9 qolla "ağ-qaralar"ın və çempionatın bombardiri olan Baqali Dabo cəza səbəbindən sabiq klubuna qarşı oynaya bilməyəcək. Fransalı hücumçu ötən turun "Sumqayıt"la görüşündə sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, martın 15-də keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord