"Qarabağ"da yeni rekordçu - Maksim Medvedev

"Qarabağ"da yeni rekordçu - <b style="color:red">Maksim Medvedev</b>
ÖLKƏ FUTBOLU 11 Mart 2019 / 17:17 2271
-  A +

Maksim Medvedev "Qarabağ"ın tarixində mütləq rekorda sahib çıxıb.

Qol.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Topaz Premyer Liqasının 20-ci turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub.

2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.

Regional yarışların nəzərə alınmadığı statistikaya əsasən, 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.

Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi
 

Daha çox


Son xəbərlər
20.05.19  19:48

Keynin son durumu