"Son turadək 3-cü pillə uğrunda onlarla vuruşacağıq" - Aftandil Hacıyev

"Son turadək 3-cü pillə uğrunda onlarla vuruşacağıq" - Aftandil Hacıyev
PREMYER LİQA 10 Mart 2019 / 17:37 2455
-  A +

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev  Topaz Premyer Liqasının 20-ci turunda "Qəbələ" ilə oyundan sonra (1:2) mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəsss əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Maraqlı oyun alındı. Bu cür oyunlar çempionatımızın səviyyəsinin artmasına xidmət edir. Bu cür mübarizələr hər turda olsa, komandaların səviyyəsi yüksələr. İlk hissədə yaxşı epizodlarımız oldu. Rəqibi azlıqda tuta bilərdik. Təəssüf ki, sonluq çatışmırdı. Bilirdik ki, rəqibin heyətində fərdi ustalığı yüksək olan futbolçulara sahibdir. İkinci hissə istədiyimiz kimi başlamadı. Gözləmədiyimiz halda 0:2 geriyə düşdük. Rəqib azlıqda qaldıqdan sonra ehtiyat oyunçular skamyasında olan hücumçuları döyüşə atdıq. İstədiyimiz nəticəni ala bilməsək də, yaxşı hücumlar qurduq. Ümumilikdə yaxşı oynasaq da, nəticədə istədiyimizi ala bilmədik. Bu tur göstərir ki, çempionatın qalan hissəsi gərgin keçəcək.

- Ruslanın ilk dəqiqələrdən meydanda olması nə dərəcədə düzgün qərar idi?

- Bəli, zədədən sonra qayıdıb. Bundan sonra da onu start heyətində görsəniz, təəccüblənməyin. Məşqlərdə aktiv idi.

- Fasilədən sonra nə baş verdi?

- Dəqiq deyə bilmərəm ki, arxayınlıq var idi, yoxsa yox. Buranın meydançasında bir qədər ağırlıq var. Üstəlik, müəyyən hava çatışmazlığı, boğulma olur. Həm də ustalıq səviyyəsinə görə, rəqib bizdən fərdi qaydada üstün idi. Daha çox çalışmalıyıq.

- Turnir cədvəlindəki ən yaxın izləyicinizə məğlub oldunuz və xal fərqi azaldı. Doğrudur, tez-tez 3-cü pilləni tutmaq kimi hədəfinizin olmadığını bildirirsiniz. Hər halda, maraqlıdır, çempionatın sonunadək 3-cü pilləni mühafizə etnək üçün komandanızın potensialı yetərlidirmi?   

- Fikrim bir qədər düzgün anlaşılmayıb. Bəli, çempionatın startında elə bir hədəf yox idi. Lakin turlar ötdükcə, belə bir hədəf yaranmağa başladı. Bu tur bütün rəqiblərimiz xal qazandığı halda, biz bunu bacarmadıq. Ancaq turlar da olub ki, bunu yalnız biz bacarmışıq.”Qəbələ” ən yaxın izləyicimizdi və sonadək 3-cü pillə uğrunda onlarla vuruşacağıq(sport24.az).


Son xəbərlər