İlqar Quluzadə: “Neftçi” transfer haqqı almadan Rəşad Sadıqovu hansısa komandaya buraxmayacaq"

İlqar Quluzadə: “Neftçi” transfer haqqı almadan Rəşad Sadıqovu hansısa komandaya buraxmayacaq"
ÖLKƏ FUTBOLU 22 Yanvar 2009 / 13:54 3701
-  A +

“Neftçi”  klubunun vitse-prezidenti İlqar Quluzadə Türkiyənin “Kocaelispor” komandasında olan Rəşad Sadıqova görə rəsmi müraciət olunmadığını bildirib. “Sadıqova görə bizə rəsmi müraciət olunmayıb. Türkiyə klubları rəsmi müraciət etsələr, müqavilə ilə bizə məxsus olan futbolçu ilə bağlı son qərarı klubumuzun prezidenti verəcək”, deyə  Trend News-a İ.Quluzadə bildirib.

Azərbaycan milli komandasının kapitanı Sadıqov öncə bildirib ki, onun Türkiyənin “Konyaspor” və “Kocaelispor” klubları ilə müqavilə bağlaya bilməməsinə “Neftçi”nin transfer haqqı tələb etməsi mane olub.

İ.Quluzadə isə deyib ki, “Neftçi” klubu transfer haqqı almadan Sadıqovu hansısa komandaya buraxmayacaq.

“Rəşada görə bizə müraciət etsələr, qərar verə bilərik. Amma klubumuz onun keçidinə görə lazım olan transfer haqqını almalıdır”,  - deyə vitse-prezident əlavə edib.

Klub rəsmisi futbolçuya görə tələb olunan məbləği açıqlamayıb.

 

Daha çox


Son xəbərlər