II Bakı Beynəlxalq Futzal Turnirinin təqvimi açıqlandı

XƏBƏR 22 Yanvar 2009 / 12:02 2587
-  A +

Yanvarın 25-dən 28-dək Bakıda II Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Yarışda Azərbaycan, Moldova, Gürcüstanın milli komandaları və Rusiyanın «Kaspi» klubu çıxış edəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, turnirin təqvimi aşağıdakı kimidir:
25 yanvar
18:00. Moldova – «Kaspi»
20:30. Azərbaycan – Gürcüstan
 
26 yanvar
18:00. Gürcüstan – Moldova
20:30. «Kaspi» - Azərbaycan
 
28 yanvar
18:00. «Kaspi» - «Gürcüstan»
20:30. Azərbaycan – Moldova
Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.
Xatırladaq ki, I Bakı Beynəlxalq Futzal Turniri 2008-ci il yanvarın 15-dən 18-dək olan müddətdə keçirilmişdi. Azərbaycan, Qazaxıstan və Gürcüstan millisinin, həmçinin Bakı klublarının yığma komandasının çıxış etdiyi turnirin qalibi Azərbaycan millisi olmuşdu.


Son xəbərlər