"Hələ də şansımız var" - Alleqri

"Hələ də şansımız var" -   Alleqri
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 12:29 2283
-  A +

 "İkinci hissə pis alındı. İstədiyim kimi oynaya bilmədik.  Anlayırdıq  ki, "Atletiko" bizə yaxşı oynamağa imkan verməyəcək. Amma futbolçular buna uyğunlaşa bilmədi və cəzalandırıldı".

Qol.az-ın  məlumatına görə,  bu sözləri "Yuventus"un baş məşqçsi  Masimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları ilk oyundan  sonra  deyib.

"İkinci hissə dəhşətli keçdi.  Çünnki səhvlər buraxdıq və rəqibə öz oyununu göstərmək imkanı verdik" - deyə o bildirib.

İtalyalı mütəxəssisin sözlərinə görə, hələ də növbəti mərhələyə yüksəlmək şansları var: "Turində çətin olacaq. Böyük matça çıxacıq, amma qələbə qazanacağımıza inanıram. Ötən mövsüm "Real"a 0:3 hesabı ilə uduzandan sonra da şansımızı davam etdirmişdik. İndi də belə olacaq. Məğlubiyyəti mümkün qədər tez unudub Turində daha yaxşı oynamağa çalışmalıyıq. "Atletiko" kimi komandalarla oyunda istənilən qeyri-dəqiq ötürmə  problem yarada bilir".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın