"Atletiko"nun parlaq qələbəsinə Simeonenin şərhi

"Atletiko"nun parlaq qələbəsinə Simeonenin şərhi
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 09:45 2730
-  A +

"Koke və Dieqo Kosta  kimi mühüm oyunçularımız  qayıtdıqdan  sonra çox güclü komandaya qarşı ağıllı  futbol  oynaya  bildik.Futbolçular bütün  epizodlardan istifadə etmək lazım olduğunu bilirlər. Çox  vacib nəticə əldə etdilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun baş məşqçisi  Dieqo Simeone Çemponlar Liqasının 1/8 finalında  "Yuventus"a 2:0 hesabı ilə qalib gəldikləri ev oyunundan  sonra deyib.

"Turində bizə çətin olacağını bilirik. Bizə çox dözmək lazım olacaq.  Çünki istədiyimiz nəticəni əldə etmək üçün başqa üsul görmürəm"- deyə o bildirib.

Argentinalı mütəxəssisin sözlərinə görə, matçda güclü tərəf onlar idilər: "Oyunu doğru istiqamətə  çevirdik. Biz şanslardan rahat istifadə etdik. Nəticədə çox güclü  rəqib üzərində  qələbə  qazandıran qollar vurduq".

Simeone bildirib ki, qələbəyə baxmayaraq hər iki komandanın şansları  hələ də bərabərdir: "Komanda tribunaların dəstəyinə yaxşı  reaksiya verdi. Mənə görə, şanslar yenə də bərabərdir. Hələ heç nə qazanmamışıq. Çünki böyük komandaya qarşı oynayırıq".


Son xəbərlər