"Real" Beyli satmağa hazırdır

"Real" Beyli satmağa hazırdır
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 22:17 3419
-  A +

"Real"ın futbolçusu  Qaret Beyl yayda Madrid təmsilçisindən ayrıla  bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən  yaydığı xəbərə görə,  "Kral  klubu"nun prezidenti Floretino Peresin 29 yaşlı hücumçunu 120-150 milyon avroya satmağa hazır olduğu  bildirilib.

Qeyd edək  ki, uelsli oyunçu  ilə "Yuventus"  və "Mançester  Yunayted"in  maraqlandığı iddia olunur. Onun  "Real"la  hazırkı  müqaviləsi 2022-ci ilin iyununda başa çatır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı