"Bizə ardıcıl 3-4 oyunda qələbə lazımdır" - Sarri

"Bizə ardıcıl 3-4 oyunda qələbə lazımdır" - Sarri
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 21:18 1520
-  A +

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri  açıqlama verib.

Qol.az-ın "The Daily Mail"ə istinadən yaydığı xəbərə görə, o  deyib ki, azarkeşlərin komandaya olan inamını qaytarmaq üçün ardıcıl qələbələr qazanmalıdırlar: "Azarkeşlərin narazılığını yaxşı başa düşürəm. Onlar qələbələrə öyrəşiblər. İndi biz çətin vəziyyətdəyik. Bizə ardıcıl 3-4 oyunda qalibiyyət lazımdır".

Sarri London təmsilçisində işləməyə davam edəcəyinə inandığını söyləyib.

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 50 xalla 6-cı pillədə qərarlaşıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı