Ya Zidan, ya da Lempard – Sarrinin yerinə 2 namizəd

Ya Zidan, ya da Lempard –  Sarrinin yerinə 2 namizəd
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 13:47 2953
-  A +

Mauritsio Sarrinin işindən narazı olan “Çelsi” rəhbərliyi italiyalı mütəxəssin yerinə yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, London klubunda hazırda iki məşqçinin adı müzakirə olunur. Onlardan biri ötən mövsümün sonunda “Real”dan ayrılan Zinəddin Zidan, digəri isə “zadəganlar”ın sabiq futbolçusu, hazırda isə Çempionşipdə “Derbi Kaunti”ni çalışdıran Frenk Lemparddır.

Qeyd edək ki, “Çelsi” rəhbərliyi Sarriyə sonuncu dəfə şans verib. Təcrübəli məşqçinin taleyi qarşıdakı 2 oyundan – “Malmö” ilə Avroliqa və “Tottenhem”lə Premyer Liqa matçından asılı olacaq. Onunla bağlı son qərarı klubun sahibi Roman Abramoviç verəcək.


Son xəbərlər