"0:0 təhlükəli hesabdır" - Valverde

 "0:0 təhlükəli hesabdır" -  Valverde
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 11:20 1861
-  A +

"0:0  hesabından məmnun deyilik. Düzdür, Çempionlar  Liqasında  səfərdə qələbə qazanmaq onsuz da  asan deyil.  Bunu qəbul edirik, amma nəticə daha fərqli ola bilərdi. Çünki çoxlu qol epizodu yaratdıq. Qol  vurmaq üçün əlimizdən gələni etdik. Buna görə komandamdan razıyam".

Qol.az-ın məlumatına görə, bu  sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 1/8 finalında səfərdə "Lion"la qolsuz bərabərə qaldıqları  ilk matçdan  sonra deyib.

O, komandasının ev oyunlarında daha yaxşı oynadığını söyləyib: "0:0 təhlükəli hesabdır. Cavab görüşündə qalib gəlməliyik. Bizə azarkeşlərimizin dəstəyi lazımdır".

Qeyd edək ki, bu  komandalar  arasında cavab oyunu martın 14-ü keçiriləcək.


Son xəbərlər