"Atletiko" və "Mançester Siti"dən qələbə

"Atletiko" və "Mançester Siti"dən qələbə
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 01:56 8453
-  A +

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı "şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2.  




Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3
Qollar:
Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: 
Xose Ximenes, 78, Dieqo Qodin, 83


14  fevral

"Roma" - "Portu"-  2:1

"Mançester Yunayted" - PSJ - 0:2


15  fevral

"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0

"Ayaks"- "Real"  - 1:2


19 fevral

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0

"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı