“Qalatasaray”da 2 itki

“Qalatasaray”da 2 itki
DÜNYA FUTBOLU 19 Fevral 2019 / 18:50 2526
-  A +

Avropa Liqasının 1/16 finalında “Benfika”nın qonağı olacaq “Qalatasaray” oyuna itkilərlə çıxacaq.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, norveçli müdafiəçi Martin Linnes zədəli, braziliyalı yarımmüdafiəçi Fernando isə cəzalı durumda olduğundan cavab matçını buraxacaq.

Qeyd edək ki, "Benfika" - "Qalatasaray" oyunu fevralın 22-də keçiriləcək. Komandalar arasında İstanbuldakı  ilk görüş Portuqaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər