"Zenit" - "Fənərbaxça": hakim təyinatları açıqlandı

"Zenit" - "Fənərbaxça": hakim təyinatları açıqlandı
DÜNYA FUTBOLU 19 Fevral 2019 / 15:30 2194
-  A +

Avropa  Liqasının  1/16 final mərhələsinin "Zenit" - "Fənərbaxça" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın Rusiya klubunun saytına istinadən yaydığı xəbərə görə, matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona Stuart Bert, Saymon Bennett köməklik edəcək. Dördüncü hakim funksiyasını  İan Xussin yerinə yetirəcək. Kavana Kristofer və Andre Marriner isə əlavə köməkçi hakimlər  olacaq.

Qeyd edək  ki, "Zenit"- "Fənərbaxça" görüşü fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Bu komandalr arasında ilk qarşılaşmada İstanbul klubu 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər