Almeydanın "Qarabağ"da 51-ci qolu - 316 gündən sonra

Almeydanın "Qarabağ"da 51-ci qolu - 316 gündən sonra
XƏBƏR 18 Fevral 2019 / 18:40 1937
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın Topaz Premyer Liqanın 17-ci turunun "Qəbələ" ilə oyununda vurduğu qol braziliyalı milliləşmiş futbolçu üçün əlamətdar olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan oyunçu 316 gün sonra yenidən Ağdam təmsilçisinin formasıyla fərqlənib. Sonuncu dəfə ötən il aprelin 7-sində "Səbail" oyunda rəqib qapısına yol tapan Almeyda "Qarabağ"da qol sayını da 51-ə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı