Yığmamızın üzvü Latviya klubunda

Yığmamızın üzvü Latviya klubunda
ÖLKƏ FUTBOLU 18 Fevral 2019 / 14:23 2730
-  A +

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub.

Bu barədə Qol.az-a açıqlamasında 21 yaşlı yarımmüdafiəçinin meneceri Erkin İbrahimov məlumat verib. U-21 millimizin üzvü  ilə mövsümün sonuna - noyabra qədər müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər.

"Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın yüksək liqasında çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı