"Napoli" "Arsenal"ın qapıçısını alır

"Napoli" "Arsenal"ın qapıçısını alır
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 11:30 1669
-  A +

“Napoli” mövsümün əvvəlində “Arsenal”dan icarəyə götürdüyü David Ospinanı birdəfəlik alacaq.

Qol.az xəbər verir ki, bu barədə “Napoli”nin baş məşqçisi Karlo Ançelotti klubun saytına açıqlamasında deyib. O, kolumbiyalı qapıçının növbəti mövsümdə də komandada qalacağını bildirib. “Napoli” bu transfer üçün London klubuna 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, 30 yaşlı qapıçı bu mövsüm "Napoli"nin heyətində 18 qarşılaşmada iştirak edib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı