ÇL-in finalı harada olacaq? - qərar Bakıda veriləcək

ÇL-in finalı harada olacaq? - qərar Bakıda veriləcək
DÜNYA FUTBOLU 17 Fevral 2019 / 11:26 4352
-  A +

Rusiya Futbol İttifaqı 2020/2021 mövsümündə Çempionlar Liqasının final oyununun Sankt-Peterburq şəhərində ("Qazprom Arena") keçirilməsi üçün UEFA-ya müraciət edib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə qurumun baş direktoru və baş katibi Aleksandr Alayev məlumat verib. O bildirib ki, artıq bunun üçün lazım olan bütün sənədlər UEFA-ya təqdim olunub.

Sankt-Peterburqla yanaşı, Almaniyanın Münhen şəhəri də ("Aylanz Arena") ÇL-in finalını qəbul etməyə namizəddir. Final matçının keçiriləcəyi şəhərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıdakı iclasında qəbul olunacaq.

Qeyd edək ki, bu il Çempionlar Liqasının finalı Madriddə, növbəti mövsüm isə İstanbulda olacaq. Avropa Liqasında isə bu mövsümün həlledici oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın