"Qarabağ"la oyunda "Qəbələ"yə azarkeşlik edəcəyəm" - "Neftçi"nin futbolçusu

"Qarabağ"la oyunda "Qəbələ"yə azarkeşlik edəcəyəm" - "Neftçi"nin futbolçusu
MÜSAHİBƏ 16 Fevral 2019 / 20:44 3974
-  A +

"Neftçi"nin futbolçusu Kiril Petrov Topaz Premyer Liqasının 17-ci turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra Qol.az-ın suallarını cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini bildirib:

- Fikrimcə, maraqlı oyun alındı. Hər iki komandanın da qol vurmaq üçün şansları oldu.  Düşünürəm ki, matçın ikinci hissəsində daha yaxşı oynadıq, amma alınmadı. Bu nəticə bizi çox üzdü.

- “Zirə” ilə bundan öncəki qarşılaşmada da qələbə qazana bilməmişdiniz. Səncə, bu komandaya qarşı oyun niyə alınmır?

- “Zirə” həqiqətən də çətin rəqibdir. Keçən il səhv etmirəmsə, biz onları bir dəfə məğlub etmişdik. Bizə uyğun olmayan bir rəqibdir.

- Bu gün qələbə qazanmağınıza nə mane oldu?

- Onlar fikrimcə, çox yaxşı oynadı. Biz isə qol imkanlarından istifadə edə bilmədik. Əsas səbəb bu idi.

- Necə düşünürsən, iki xalı “Neftçi” itirdi, yoxsa “Zirə”?

- Əlbəttə, “Neftçi”.

- Sabahkı matçda “Qarabağ” qələbə qazansa, xal fərqi 1-ə enəcək. Yəqin ki, sabah “Qəbələ”yə azarkeşlik edəcəksiniz.

- Çempionatın finişinə hələ çox var. Qarşıda bizi vacib oyunlar gözləyir. Yəni, sabah “Qarabağ” qələbə də qazansa, hər şey həll olunmur. Amma idman nəzərdən götürsək, sabahkı matçda “Qəbələ”yə azarkeşlik edəcəm. Hər iki kluba uğurlar arzu edirəm.

Daha çox


Son xəbərlər