"Nə üzülürük, nə də sevinirik" - Samir Abasov

"Nə üzülürük, nə də sevinirik" - Samir Abasov
ÖLKƏ FUTBOLU 16 Fevral 2019 / 20:22 2522
-  A +

"Udsaydıq belə, bu bizə əlavə motivasiya, stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik".

Qol.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 17-ci turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

41 yaşlı mütəxəssis deyib ki, hər iki tərəfin qol imkanları olub: "Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı  olur. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki görüş göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm. Amma "Zirə"nin özünə gəldiyini deməzdim. Komandaya yeni qoşulanlar hələ uyğunlaşmayıblar. Ancaq ümid verirlər. Əsas odur ki, iki oyundur qol buraxmırıq. Anlaya bilmirəm,  niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq. Hər bir rəqibə eyni gözlə baxırıq".

Abasovun sözlərinə görə, rəqib ikinci hissədə fəallığı artırıb:  "Neftçi" va-bank getdi. Sadio Tounkaranı məcburiyyətdən müdafiənin cinahında oynadırdıq. Bəlkə də bir qədər özümüz də sıxıldıq. Ancaq ikinci hissədə qol şanslarımız daha çox oldu, rəqibi əks-hücumlarda yaxalaya bilirdik".

Baş məşqçi yeni transfer Mqo Kqasvanenin zəif çıxışına da toxunub: "O, bura məşqsiz gəlmişdi. Tədricən düzələcək. Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm (gülür)".

Daha çox


Son xəbərlər