"Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz" - Tərlan Əhmədov

"Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq  olmaz" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 16 Fevral 2019 / 17:29 3488
-  A +

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  Topaz Premyer Liqasının 17-ci turunda "Sumqayıta 2:1 hesabı ilə qalib gəldikləri oyundan  sonra mətbuat  konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

-  Həddən artıq ağır oyun olacağını təxmin etmişdik. Çünki hər iki komanda qış fasiləsindən sonrakı hər iki oyunda uduzmuşdu. Bizim üzərimizdə təzyiq daha çox idi. Amma futbolçularımız çox istəkli idi. Səhvlərimiz də oldu, bunun üzərində çalışacağıq. Komandanın sona qədər mübarizə aparması, əzmkarlığı həlledici rol oynadı. Bu qələbə çox vacib idi. Turnir cədvəlinin son pilləsində yer almaq xoş deyildi. Komandanın oyununu təkmilləşdirməyə çalışırıq. Çalışırıq təzyiqləri futbolçuların üzərindən götürək".
 
- Tərlan və Sərtan bu gün niyə meydanda deyildi?

- Məğlubiyyətdə hamının səhvi olur. Sadəcə, dəyişiklik etmək, məğlubiyyətin nədən baş verdiyini araşdırdıqca digərlərinə də səhv verirsən. Onların ötən oyun elə böyük səhvi olmamışdı. Sadəcə, rotasiya etməyi düşündük. Dəyişikliyimiz də uğurlu alındı. Nə Tərlan, nə də Sərtanı siyahıdan silmişik. Onlar əsas heyət üzvləridi. Sadəcə, bu gün başqalarına şans verdim.
 
- Son yarım saatda komanda niyə geri oturdu?

- Komanda üzərində təzyiq çoxdur. Birinci hissədə də qol vurduqdan sonra müdafiəyə çəkildik. Amma məşqlərdə demişdim ki, ancaq hücum futbolu oynayaq. 65-ci dəqiqədən sonra problemlə üzləşdim. Komanda oyundan qopma nöqtəsində idi. Bu elə təzyiq idi ki, dəyişiklik etmək lazım idi. Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər.
 
- Bir qədər sonra başlayacaq oyunda "Neftçi"yə azarkeşlik edəcəksiniz?

- Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm.

Daha çox


Son xəbərlər