"Birinci yerdəyiksə, niyə qorxmalıyıq?" - Valverde

"Birinci yerdəyiksə, niyə qorxmalıyıq?" - Valverde
XƏBƏR 16 Fevral 2019 / 10:19 2314
-  A +

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Real"la xal fərqininin azalmasına münasibət bildirib.

Qol.az-ın "Goal.com" saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis La Liqada heç bir komanda ilə rəqabət aparmaqdan çəkinmədiklərini söyləyib:

"Barselona" heç nədən qorxmur. Biz əvvəllər də olduğu kimi "Atletiko", "Real", "Valensiya" və "Sevilya" ilə rəqabət aparırıq. Birinci yerdəyiksə, niyə də qorxmalıyıq? Mən belə düşünmürəm".

Qeyd edək ki, 23 turdan sonra 51 xal toplayan "Barselona" turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Real"ın 45, 3-cü sırada olan "Atletiko"nun isə 44 xalı var.

Daha çox


Son xəbərlər