"Bavariya"nın futbolçusu hamını qabaqladı

"Bavariya"nın futbolçusu hamını qabaqladı
DÜNYA FUTBOLU 15 Fevral 2019 / 22:37 1887
-  A +

Almaniya Bundesliqasında  yanvar ayının  ən  yaxşı  futbolçusu müəyyənləşib.

Qol.az-ın liqanın  saytına  istinadən yaydığı xəbərə görə,  "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska  ötən ayın ən yaxşısı seçilib. Bununla  da, o, bu mövsüm bu adı qazanan  Münhen klubunun ilk oyunçusu olub.

L. Qoretska səsvermədə Rafael Qerreyru, Lukaş Pişçek (hər ikisi  Dormund "Borussiya"sı, Daniel Bronzinsk ("Maynts"), Daniel Kalidjuri ("Şalke") və Ondrey Dudanı ("Herta")  qabaqlayıb.

Qeyd  edək ki,  24 yaşlı futbolçu  yanvarda  "Hoffenhaym"la  matçda dubl edib, "Ştutqart"la görüşdə 1 qol vurub.


Son xəbərlər