"Səbail"in argentinalısı "9"u seçdi

"Səbail"in argentinalısı "9"u  seçdi
XƏBƏR 15 Fevral 2019 / 21:59 2252
-  A +

"Səbail" yeni transferi İmanol İbierri   Peşəkar Futbol Liqasına sifariş verib.

Qol.az-ın qurumun saytına istinadən  yaydığı xəbərə görə,  31 yaşlı hücumçunun adı Bakı təmsilçisinin iştirak ərizəsində yer alıb. O, yeni klubunda 9 nömrəli forma ilə çıxış  edəcək.
 
Beləliklə, baş məşqçi Aftandil Hacıyev şans verəcəyi təqdirdə, İ.İbierri Topaz Premyer Liqanın 17-ci turunda keçiriləcək "Sabah"la matçda iştirak  edəcək.

Qeyd edək ki, "Səbail" -  "Sabah" oyunu fevralın 17-i saat 15:00-da başlayacaq.

Daha çox


Son xəbərlər