"Mançester Yunayted"də iki ciddi itki

"Mançester Yunayted"də iki ciddi itki
DÜNYA FUTBOLU 15 Fevral 2019 / 19:53 2246
-  A +

"Mançester Yunayted"in futbolçuları Antonio Marsyal və Cessi Linqard 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.

Beləliklə, onlar İngiltərə kubokunun 1/8 finalında "Çelsi",  İngiltərə Premyer Liqasının 27-ci turunda "Liverpul"la oyunları dəqiq buraxacaq. Marsyal  və Linqard  Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab  matçında da iştirak etməyə bilərlər.

Qeyd eək ki, hər iki oyunçu  PSJ ilə ilk  qarşılaşmada zədələnib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki