"İnter" İkardini satır

"İnter" İkardini satır
XƏBƏR 15 Fevral 2019 / 18:17 4145
-  A +

"İnter" rəhbərliyi ilə arası dəyən Mauro İkardi transferə çıxarılır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi daha əvvəl argentinalı hücumçuya 110 milyon avro təzminat qiyməti qoysa da, indi onun daha aşğı məbləğə satıla biləcəyi istisna olunmur. İddiaya görə, "İnter" əsas qol silahını təqribən 80-90 milyon avro qarşılığında buraxmağa hazırdır.

Qeyd edək ki, "İnter"lə yeni müqavilə məsələsində razılğa gələ bilməyən İkardidən kapitanlıq sarğısı alınmış, futbolçu isə buna qarşılıq olaraq, Avropa Liqasının 1/16 final mərhələsinin "Rapid"lə səfər oyununa getməkdən imtina etmişdi.

Daha çox


Son xəbərlər