Mourinyo qovulmağına görə 50 milyon qazanıb

Mourinyo qovulmağına görə 50 milyon qazanıb
DÜNYA FUTBOLU 15 Fevral 2019 / 16:10 2111
-  A +

Ötən ilin dekabr ayında "Mançester Yunayted"dən qovulan Joze Mourinyo indiyə qədər vaxtından əvvəl istefaya göndərildiyinə görə 51 milyon funt-sterlinqə yaxın (təqribən 65 milyon dollar) təzminat alıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun ikisi "Çelsi"dən, biri isə "Mançester Yunayted"dən qovulduqdan sonra olub.

"Çelsi" - 2007

Mourinyo 3 mövsümdə 2 çempionluq titulu və Çempionlar Liqasında 2 yarımfinaldan sonra "Stemford Bric"i tərk etdi. Bu müddət ərzində portuqaliyalının klub rəhbərliyi ilə bir çox problemi oldu: Frank Arensen və Avraam Qrantın çox sevilməsi onun xoşuna gəlmirdi, Andrey Şevçenko və Mixael Ballakın transferinə qarşı idi, qış transfer pəncərəsində komandaya mərkəz müdafiəçisi alınmaması narazılığına səbəb oldu. 2007-2008 mövsümü Premyer Liqa ("Aston Villa"ya məğlubiyyət, "Blekbörn"lə heç-heçə) və Çempionlar Liqasında ("Rusenburq"la heç-heçə) pis nəticələrlə başladı və Mourinyo 23 milyon funt-sterlinqdən çox təzminatla "Çelsi"dən getdi. 6 ildən sonra isə geri qayıtdı.

"Çelsi" - 2015

İkinci dəfə "Çelsi"nin baş məşqçisi olan Mourinyo komandanı 2014-2015 mövsümünün çempionu etdi. Bütün mövsüm ərzində "zadəganlar" cəmi 3 oyunda uduzdular, ancaq tezliklə hər şey yenə yolunda getmədi. Yeni mövsümün startında Mourinyo Eva Karneyra ilə mübahisə etdi, daha sonra Eden Hazardla münasibətləri korlandı, dekabrın ortalarına doğru isə çempion sanki qış yuxusuna getdi və 16 oyundan 9-nu uduzdu. Həmin mövsümün qalibi "Lester"ə məğlubiyyət həlledici oldu. 1:2 hesabı ilə uduzduqları oyundan sonra Mourinyo dedi ki, futbolçular ona xəyanət ediblər. 3 gün sonra isə "Çelsi"nin prezidenti Bryus Bakla 10 dəqiqəlik söhbətdən sonra Joze 8,3 milyon funtluq təzminatla istefaya göndərildi.

"Mançester Yunayted" - 2018

"Liverpul"a 0:3 hesablı məğlubiyyətdən sonra "Enfild" stadionunda Ed Vudvord, Aleks Ferqyusson və "Mançester Yunayted"in sabiq icraçı direktoru Devid Hillin iştirakı ilə iclas keçirildi. İki gün sonra səhər saat 9-da klubun Karrinqtonda yerləşən bazasında Vudvordla Mourinyonun yenidən görüşü oldu və 45 dəqiqə davam etdi. Joze qovulduğunu da elə həmin vaxt bildi. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün Mourinyo və onun məşqçi heyəti 19,6 milyon funt təzminat aldı.

Mourinyo yalnız 2013-cü ildə "Real"dan qarşılıqlı razılıq əsasında ayrılıb. Buna görə də Madrid klubunun portuqaliyalı mütəxəssisə müqavilədə qeyd olunan 17 milyon funt-sterlinq məbləğində təzminatı ödəməsinə ehtiyac qalmayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi