"Komanda olaraq, Antalyanı çox bəyənirik. Onsuz da Türkiyəni bəyənməmək mümkün deyil. Avropa, Asiyanın bir çox milli komandası və klubu burada toplanış keçməyi üstün tutur. Antalya bir növ yoxlama oyunları keçirmək üçün əlverişli yerdir. Burada oyun və məşq meydançaları çoxdur. Elə önəmli olan da budur. Bundan başqa, burada eyni dildə danışır, yaxşı anlaşırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardam ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd Türkiyənin "Sabah" nəşrinə açıqlamasında deyib. Təlim-məşq toplanışı üçün Antalya seçiminin səbəbini açıqlayan gənc çalışdırıcı qardaş ölkədəki hazırlığı dəyərləndirib:
"Toplanışa yanvarın 12-də Bakıda başladıq. 19-31 yanvar tarixlərində isə yoxlama oyunları üçün Antalyaya gəldik. Ümumilikdə 4 hazırlıq matçı keçirdik. Bu görüşlərin bizim üçün faydalı olacağını düşünürəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Mart ayında yenidən Bakıda bir araya gəlib, Avro-2019-un elit-raund mərhələsinin oyunları üçün Rusiyaya gedəcəyik. Qrupumuzda ruslarla yanaşı, İrlandiya və Rumıniya yığmaları da yer alır. İnanıram ki, qrupdan çıxacağıq. U-19 yığması ilə Azərbaycanda indiyə qədərki ən yaxşı nəticəni qazanmışıq".
"Trabzonspor" və "Altınordu"da təcrübə keçdiyini söyləyən məşqçi bu yolla bəzi futbolçuları yığmaya dəvət etdiklərini vurğulayıb: "Bu, mənim üçün böyük təcrübə oldu. Sözgedən komandalardan millimizə oyunçular dəvət etdik. Həmin futbolçular arasında "Beşiktaş", "Trabzonspor", "Qalatasaray" və "Altınordu"nun əsas komandasına qədər irəliləyənlər oldu. Bəziləri indi də U-21 millisində çıxış edir. “Altınordu”nun prezidenti Seyit Mehmet Özkan 2017-ci ildə Avropa çempionatının ilkin təsnifat mərhələsinin qrup matçları ərəfəsində mənə bir tövsiyə verdi. O, azərbaycanlı futbolculara sahib çıxmağımı, onlara dəyər verməyimi və üzərilərində çox çalışmağımı istədi. Onun özü də hazırda “Altınordu”da türk futbolçular yetişdirməkdədir və həmin oyunçuların haralara gəldiklərinə hər kəs şahiddir. Mehmet bəyin bir cümləsi mənə çox təsir etdi. O, bugünə qədər azərbaycanlı futboçuların daha istedadlı və bacarıqlı olduğunu düşünərək, onların uğur qazanmaları üçün çalışdıqlarını vurğuladı".
Yığmadakı işi barədə də danışan mütəxəssis 5 əsas meyara üstünlük verdikıərini bildirib: "Milli komandada Azərbaycan Premyer Liqası, birinci divizionu, Almaniya, Rusiya, Litva və İngiltərə çempionatlarında oynayan futbolçular var. Müəyyən bir sistemimiz var. Bütün futbolçular klublarında yaxşı çıxış etdikləri halda yığmaya dəvət olunurlar. Bundan başqa, bizim üçün 5 əsas meyar var: texniki, taktiki, fiziki hazırlıq, eləcə də ictimai fəallıq və psixoloji durum. Klub məşqçiləri ilə birlikdə bu meyarlara əsasən işimizi qururuq. Hər yaş qrupunun çətin və asan tərəfləri var. Fikrimcə, əvvəlcə gördüyün işi çox sevməli və intizamlı olmalısan. Bundan sonra isə hər şeyi meyarlara ayırmalı və dayanmadan həm fərdi, həm də komanda şəklində işləməlisən. Bu iş çətin olduğu qədər də maraqlıdır".
Qeyd edək ki, hazırda İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan U-19 yığmamız Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, 23-də İrlandiya, 26-da isə Rumıniya ilə qarşılaşacaq.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi