"Çempionluq üçün vuruşacağıq" - Emil Balayev

"Çempionluq üçün vuruşacağıq" -  Emil Balayev
ÖLKƏ FUTBOLU 15 Fevral 2019 / 12:48 2406
-  A +

"Bu ilin əvvəlində karyeramda yeni bir qərarla “Tobol”a keçidimlə irəli yeni bir addım atdım. Bu işdə mənə dəstək və kömək olan hər bir kəsə dərin təşəkkürümü  bildirirəm”.

Qol.az xəbər verir ki, bu sözlər millimizin üzvü Emil Balayevə məxsusdur.

Qış transfer pəncərəsində “Səbail”dən Qazaxıstan “Tobol”una klubuna keçən 24 yaşlı qapıçı sosial şəbəkə vasitəsi ilə yeni klubu ilə bağlı məlumat verib. Komandaya rahat uyğunlaşdığını deyən Balayev çempion olmaq arzusunu da gizlətməyib:

“Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm: rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta komandanın kapitanı ilk gəldiyim gündəcə şəxsən məni ancaq futbolçuların iştirak edəcəyi şam yeməyinə dəvət etdi.

Günlər keçdikcə komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu kollektivin özünəməxsus yumor hissi olmasıda nəzərimdən qaçmadı. Yalnız nə qədər deyib gülməyi sevən bir kollektiv olsa da, bir o qədər də məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər, ilk fitdən son fitə qədər stadionun hər qarışı uğrunda mübarizə aparırlar.

İnanıb və ümid edirəm ki, belə mehriban kollektivlə bizi çox maraqlı,gərgin, qələbələr dolu bir mövsüm gözləyir və hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq!"

Yalnız irəli, "Tobol"!!!

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord