İtaliya səfiri "Neftçi"nin qonağı oldu - Şəkil

İtaliya səfiri "Neftçi"nin qonağı oldu - Şəkil
XƏBƏR 14 Fevral 2019 / 12:54 2011
-  A +

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi”nin qonağı olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.

Ölkəmizdəki İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri – fiziki hazırlıq məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər. Xatirə olaraq səfirə "Neftçi”nin forması hədiyyə edilib.


Son xəbərlər