"Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq" - Yurçeviç

"Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq" - Yurçeviç
ÖLKƏ FUTBOLU 14 Fevral 2019 / 11:05 2335
-  A +

"Robert Prosineçki Azərbaycanda dərin iz qoydu, insanlar onu sevdi və hələ də sevirlər. Bu amilin Azərbaycanda işimə kömək  edəcəyini düşünürəm. Azərbaycan millisində işləmək fürsətim olacağı üçün çox xoşbəxtəm. Bu əladır və məndə əlavə motivasiya yaradıb".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına deyib.

Azərbaycan millisindəki işinə Zaqrebdə başlamağın başqa bir gözəlliyi  olduğunu vurğulayan  xorvatiyalı mütəxəssis gözləntilər haqda da  danışıb: "Avro-2020-nin seçmə qrup mərhələsində yer alan hər komandanın arzuları var. Bu da başa düşüləndir. Xorvatiya qrupun aşkar favoritidir, bunu xüsusi vurğulamağa  ehtiyac yoxdur. Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq.  Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın? Təbii ki, buna ümid etmək lazımdır, elə deyilmi?".

Yurçeviç   bildirib ki, yığmamız keçmişdə də rəqiblərini təəccübləndirib:"Keçmişdə komanda Xorvatiya  ilə heç-heçə edib. Burada əsas problem belə nəticələrin davamlılığının olmamasıdır. Milliyə ən çox oyunçu verən "Qarabağ" və "Neftçi"nin bəzi matçlarını izlədim. Orada çox təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi ilə balı problem var.Amma  komanda ilə  razılaşacağıma ümid edirəm".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı