"Qolun qeydə alınmaması ayıbdır" - "Ayaks"ın baş məşqçisi

"Qolun qeydə alınmaması  ayıbdır"  - "Ayaks"ın baş məşqçisi
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 10:15 2833
-  A +

"Çox aqressiv oynadıq.  Bir  az daha düzgün oynamalıydıq. "Real"a  qarşı matçlarda əldə edilən fürsətlərdən mütləq istifadə etmək  lazımdır. Əks təqdirdə, rəqib matçın nəticəsini müəyyənləşdirir. Komandamı  əzmkar oyununa  görə təbrik edirəm".

Qol.az-ın  məlumatına görə,  bu sözləri "Ayaks"ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/8 finalında "Real"a uduzuqları  ilk oyundan (1:2) sonra deyib.

O, futbolçusu Nikolas Talyakofikonun  qolunu VAR-a müraciətdən sonra ləğv olunmasını belə şərh edib: "Qolun qeydə alınmaması  ayıbdır.Hakimlər bizə fərqli açıqlama verdi.Təkrara baxdım.Ofsayd olduğunu düşünmürəm".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord