Santyaqo Solaridən qələbə şərhi

Santyaqo Solaridən qələbə  şərhi
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 09:47 2339
-  A +

"Bizim üçün çətin matç oldu. "Ayaks" aqressiv oyun nümayiş etdirdi. Bütün güclərini meydana qoydular. Burada qələbə qazana bilmək  üçün güclü olmağımızın vacibliyini bilirdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a 2:1  hesabı ilə qalib gəldikləri ilk oyunu şərh  edərkən deyib.

O, VAR sisteminin tətbiq olunaraq rəqib futbolçu Nikolas Talyakofikonun 37-ci vurduğu qolun ləğvinə də münasibət bildirib: "Baş məşqçilər epizodu təkrar izləyə bilmir. Ona görə VAR və hakimlərin verdiyi  qərarlara inanmaq məcburiyyətindəyik".

S.Solari komandasının  çıxışından razı qaldığını da vurğulayıb: "Bu nəticə üçün çox çalışdıq. Oyunçularımi stədiklərimi meydanda nümayiş etdirdi.Hər kəsin oyunundan razıyam.  Çempionlar Liqasında asan rəqib və ya oyun yoxdur. "Ayaks"  çox yaxşı oynadı".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı