"Fənərbaxça"da itki - derbini buraxacaq

"Fənərbaxça"da itki -  derbini buraxacaq
DÜNYA FUTBOLU 13 Fevral 2019 / 17:51 2632
-  A +

"Fənərbaxça"nın yeni transferi Tolqay Arslan sıradan çıxıb.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/16 finalında ötən gün "Zenit"lə keçirilən oyundan əvvəl isinmə hərəkəti edərkən zədələnib.
 
İlkin müayinədən sonra onda əzəli yırtığı aşkarlanıb. Futbolçunun "Beşiktaş"la keçiriləcək Superliqa oyununda meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" oyunu fevralın 24-də keçiriləcək.

Son xəbərlər