UEFA nümayəndələri Bakıda - Şəkillər

UEFA nümayəndələri Bakıda -  Şəkillər
ÖLKƏ FUTBOLU 13 Fevral 2019 / 13:26 1607
-  A +

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə bağlı görüşlər keçirir.

AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər