"Xorvatiya ilə oyunu səbirsizliklə gözləyirəm" - Yurçeviç

"Xorvatiya ilə oyunu səbirsizliklə gözləyirəm" -  Yurçeviç
ÖLKƏ FUTBOLU 13 Fevral 2019 / 12:40 3174
-  A +

"Çox xoşbəxtəm və qürur duyuram ki, mənim üçün hər zaman önəmli olan milli komanda çalışdırmaq fürsətim oldu".

Qol.az xəbər verir ki, bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında əvvəlcə təyinatı ilə bağlı danışıb:

"Bir illik müqavilə imzalamışam. AFFA məni komandanı irəli aparmaq üçün gətirib. Məşqçi heyətimizlə birlikə uğurlu olacağımıza inanıram. Yerli klublarının oyunlarını izləmişəm. Futbolçular haqda ilkin məlumatım var. Buna görə də məni nə gözlədiyini bilirəm".

Yurçeviçin millimizdəki ilk oyunu AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya qarşı olacaq. O, ölkəsinin yığmasına qarşı keçiriləcək görüşü səbirsizliklə gözlədiyini bildirib:

"Maksimir" stadionunda keçiriləcək görüşün bir parçası olacağım üçün xoşbəxtəm. Keçmiş xatirələrə qayıtmaq möhəşəmdir. İlk dəfər Xorvatiyaya rəqib olmağım qeyri-adi hissdir. Ancaq həyat belədir. Mən bu oyunu səbirsizliklə gözləyirəm. Hamı gözəl başa düşür ki, bu oyunda Xorvatiya aşkar favoritdir. Ancaq bacardığımız qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq