"Təslim olmayacağıq" - Sulşer

"Təslim olmayacağıq" - Sulşer
DÜNYA FUTBOLU 13 Fevral 2019 / 09:49 2538
-  A +

"PSJ birinci qoldan sonra oyuna nəzarət etməyə başladı. Uzun müddət idi bu səviyyədə oynamadığımızı və öyrənməli olduğumuzu gördük. Bizim üçün yaxşı təcrübə oldu".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib.

"Zədələrin məğlubiyyətə səbəb olduğunu demək düzgün deyil.  Bizdə yüksək səviyyəli  oyunçular və  onlar əvəzetmə ilə meydana çıxdılar. Amma Linqard və Marsyal önəmli futbolçulardır.Ümid  edirəm ki, onların zədəsi ciddi deyil" - deyə o bildirib.

Norveçli mütəxəssis Parisdə yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb: "Dağlar fəth edilmək üçün yaradılıb. Hələ hər şey bitməyib.Təslim olmayacağıq. Parisə gedəyik və orada öz futbolumuzu oynayacağıq".


Son xəbərlər