"Heç bir komponentdə İspaniyadan geri qalmadıq" - Yığmamızın çalışdırıcısı

"Heç bir komponentdə İspaniyadan geri qalmadıq" - Yığmamızın çalışdırıcısı
ÖLKƏ FUTBOLU 13 Fevral 2019 / 01:05 2635
-  A +

"Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçularan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Dünən İspaniya ilə keçirilən yoldaşlıq oyunu barədə danışan mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib:

"Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord