"Real" səfərdə, "Tottenhem" evdə qalib gəldi

"Real" səfərdə, "Tottenhem" evdə qalib gəldi
XƏBƏR 14 Fevral 2019 / 01:54 8939
-  A +

Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real" 1/8 finala səfər matçı ilə start verib. "Kral klubu" Amsterdamda "Ayaks"ın qonağı olub. Görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin ikinci oyununda isə "Tottenhem" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib. London təmsilçisi qonaqların qapsından 3 cavabsız top kçirib.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.


Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

13 fevral

00:00. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2
Qollar:
Kərim Benzema, 60 (0:1), Hakim Zieş, 75 (1:1), Marko Asensio, 87 (1:2)
37-ci dəqiqədə VAR sisteminə müraciətdən sonra Nikolas Talyafikonun ("Ayaks") qolu ləğv olunub

00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 3:0
Qollar:
Son Hen-min,47, Vertongen 83, Llorente, 86


12 fevral

"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 0:2

"Roma" (İtaliya) - "Porto" (Portuqaliya) - 2:1


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın