Millimiz İspaniyaya uduzdu

Millimiz İspaniyaya uduzdu
ÖLKƏ FUTBOLU 12 Fevral 2019 / 22:10 3286
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Vüqar Məmmədin komandası İspaniya toplanışında ilk sınağına çıxıb.

Yığmamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşüb. Oyun ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Kamran Quliyev 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, millimiz fevralın 14-də “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunu keçirəcək.


12 fevral

İspaniya – Azərbaycan - 2:0

Daha çox


Son xəbərlər