AFFA rəhbərliyi Yurçeviçin təqdimatına niyə gəlmədi? – açıqlama

AFFA rəhbərliyi Yurçeviçin təqdimatına niyə gəlmədi? – açıqlama
ÖLKƏ FUTBOLU 12 Fevral 2019 / 16:16 3838
-  A +

Milli komandamızın yeni baş məqşçisi Nikola Yurçeviçin bu gün keçirilən mətbuat konfransında AFFA rəhbərliyindən heç kimin iştirak etməməsi diqqət çəkib. Adətən əvvəlki illərdə yeni çalışdırıcının təqdimatı zamanı federasiya prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov tədbirə qatılır, jurnalistlərin suallarını cavablandırırdı. Bu dəfə isə AFFA rəhbərliyindən baş məşqçinin yanında kimsə olmadı.


“Bu dəfə AFFA rəhbərliyinin mətbuat konfransında iştirakına ehtiyac duyulmadı” – deyə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında bildirib: "Əvvəlki təqdimatlarda AFFA rəhbərliyi ona görə iştirak edirdi ki, həmin vaxt tədbir İcraiyyə Komitəsinin iclasından dərhal sonra keçirilirdi. Bu dəfə isə iclas dünən keçirildiyindən və təyinat təsdiqləndiyindən AFFA rəhbərliyinin iştirakına lüzum görülmədi. Çünki gündəmdə İcraiyyə Komitəsi tərəfindən millinin baş məşqçi kimi təsdiqlənən Nikola Yurçeviçin jurnalistlərin suallarını cavablandırması var idi. Yəni, başqa bir xüsusi səbəb yoxdur".

Bəs, Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasına niyə qatılmayıb?

F.Abdulla AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasında iştirak etməməsinin səbəbi haqda da danışıb: "İcraiyyə Komitəsinin bütün üzvlərinə iclasla bağlı məlumat verilmişdi. Qurban müəllimin də məlumatı var idi. Bildiyimə görə, şəxsi işləri ilə əlaqədar iştirak edə bilməyib. Yeni baş məşqçi ilə bağlı iclasda iştirak edən üzvlər fikirlərini bildiriblər. Amma telefonla əlaqə saxlayıb, Qurban müəllimin fikri öyrənilibmi, bu barədə məlumatım yoxdur".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı