"Neymarın yeri görünəcək" - Tomas Tuhel

"Neymarın yeri görünəcək" - Tomas Tuhel
DÜNYA FUTBOLU 12 Fevral 2019 / 11:08 2912
-  A +

"Mançester Yunayted"in əsas  futbolçusu Pol  Poqbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider  kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".

Qol.az-ın məlumatıa görə, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, komandanı aparıcı futbolçuları Edinson Kavani və Neymarın oynamamağına da  münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini  doldura  bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun  yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görünəcək".

Qeyd edək  ki, Kavani və Neymar zədə səbəbindən "MY"a qarşı bu gecə oynamayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord