Luçeskuyla bağlı qərar rəsmən açıqlandı

Luçeskuyla bağlı qərar rəsmən açıqlandı
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 18:52 3179
-  A +

Türkiyə Futbol Federasiya milli komandanın baş məşqçisi Mirça Luçesku ilə yolların ayrıldığını rəsmən açıqlayıb.

Qol.az xəbər verir ki, federasiyanın rəsmi saytının yaydığı məlumatda rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulduğu bildirilib.

İstefası ilə bağlı danışan Luçesku bunları söyləyib: "Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işimizi tamamladığımıza inanıram. Avro-2020-nin seçmə mərhələ oyunları öncəsi federasiya rəhbərliyi və yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşma əsasında bu qərarı qəbul etdik. TFF prezidenti Yıldırım Dəmirörən və idarə heyətinə burada olduğum müddətdə mənə inandıqları və dəstək olduqları, məşqçilər heyətinə isə işimdə mənə kömək etdikləri üçün təşəkkürümü bildirirəm. Türkiyənin həmişə qəlbimdə xüsusi yeri olacaq".

Qeyd edək ki, Luçesku 2017-ci ilin yayında TFF ilə 2+1 illik müqavilə imzalamışdı. Türkiyə millisi onun başçılığı altında keçirdiyi 17 görüşün yalnız 4-də qələbə qazana bilib. 7 qarşılaşmada uduzan ay-ulduzlular 6 dəfə isə heç-heçə edib.

 

Daha çox


Son xəbərlər
15.02.19  11:40

"Sabah"da iki itki