Pol Skoulz baş məşqçi oldu

Pol Skoulz baş məşqçi oldu
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 17:30 3178
-  A +

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulz məşqçiliyə başlayıb.

Qol.az xəbər verir ki, veteran yarımmüdafiəçi İngiltərənin 2-ci liqasında çıxış edən "Oldxem Atletik" klubunu çalışdıracaq. Klubun rəsmi saytı Skoulzla 1.5 illik müqavilə imzalandığını açıqlayıb. Onun köməkçisi komandanın sabiq məşqçisi Mayk Prist olacaq.

"Oldxem Atletik" 30 oyundan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, 44 yaşlı Skoulz karyerası ərzində yalnız "Mançester Yunayted"də (1993-2013) çıxış edib.





Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord