"Qarabağ" - "Zirə" oyununun vaxtı dəyişdirildi - birinci divizion

"Qarabağ" - "Zirə" oyununun vaxtı dəyişdirildi -  birinci divizion
ÖLKƏ FUTBOLU 11 Fevral 2019 / 12:28 1259
-  A +

Azərbaycan birinci divizionunun 15-ci turunda keçiriləcək "Qarabağ -2" - "Zirə -2" oyununun vaxtı dəyişdirilib.

Qol.az xəbər verir ki, bu barədə Ağdam klubundan PFL-ə müraciət olunub. Əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən "Qarabağ" matçın təxirə salınmasını xahiş edib.

“Zirə” klubunun razılıq  və AFFA-dan daxil olan  təsdiq məktubunu nəzərə alan PFL “Qarabağ-2” - “Zirə-2” matçının ehtiyat gün olan martın 4-də keçirilməsinə qərar verib.

Daha çox


Son xəbərlər