“Barselona”nın 37 oyunluq seriyası qırıldı

“Barselona”nın 37 oyunluq seriyası qırıldı
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 11:52 3929
-  A +

“Barselona”nın İspaniya La Liqasının 23-cü turunda səfərdə “Atletik”lə qolsuz heç-heçə etməsi komandanın uğurlu seriyasına son qoyub.

Qol.az xəbər verir ki, Kataloniya klubunun La Liqada 37 oyunluq qol seriyası qırılıb.

Ernesto Valverdenin komandası sonuncu dəfə 2018-ci ilin 11 fevralında La Liqada "Xetafe" ilə görüşdə meydanı qolsuz tərk etmişdi.

Qeyd edək ki, “Barselona” La Liqada 23 turdan sonra 51 xalla liderdir.


Son xəbərlər