"Barselona"dan xal itkisi

"Barselona"dan xal itkisi
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 01:41 5063
-  A +

İspaniya La Liqasında 23-cü turun daha 4 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, lider "Barselona" bu tur xal itkisi ilə üzləşib. Səfərdə "Atletik"in qonağı olan kataloniyalılar rəqibin müqavimətini qıra bilməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu heç-heçədən sonra xallarının sayını 51-ə yüksəldən "Barsa" ilk pillədəki yerini qoruyub. İkinci sırada "Real" qərarlaşıb. "Kral klubu"nu liderdən cəmi 6 xal ayırır. "Atletiko" isə 44 xalla 3-cü pillədə yer alır.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.


İspaniya La Liqası, 23-cü tur

10 fevral

"Leqanes" - "Betis" - 3:0
Qollar:
Y. En-Nesiri, 22 (1:0), 36 (2:0), 66 (3:0)

"Valensiya" - "Real Sosyedad" - 0:0

"Sevilya" - "Eybar" - 2:2
Qollar:
F. Orelyana, 22 (0:1), Çarles, 63 (0:2), V. Ben Yedder, 88 (1:2), P. Sarabia, 90 (2:2)

"Atletik" - "Barselona" - 0:0


11 fevral

"Alaves" - "Levante"

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı